Fransız müstəntiqlər Panteonda anım tədbirlərinin təşkili ilə əlaqədar Prezident Emmanuel Makronun Yelisey Sarayındakı iqamətgahında axtarış aparıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri mənbələrə istinadən məlumat yayıb.
Qəzet yazır ki, Paris məhkəməsinin iki nəfərlik maliyyə hakimi Yelisey Sarayında axtarışlara başlayıb.
Nəşrin məlumatına görə, araşdırma “Shortcule Events” şirkətinə verilən bir sıra dövlət müqavilələri ilə bağlı həyata keçirilir. Son illərdə bu firma Fransa prezidenti tərəfindən tapşırılan dəfn mərasimlərinin hazırlanmasında iştirak edib.
Əliyar Xəlil