melan

2027-ci il prezident seçkilərində namizəd olan Jan-Lük Melanşon qalib gələcəyi təqdirdə Fransanı NATO-dan çıxaracağını deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “LCI” televiziya kanalına müsahibəsində danışıb.

“NATO-nun yalnız bir məqsədi var: bizi ABŞ-ın himayəsi altında saxlamaq…NATO-dan uzaq durmaq Fransanın tarixi siyasətidir.

Biz buna addım-addım yanaşacağıq. Vahid Komandanlığı tərk etməklə və ABŞ ordusu ilə ortaq olduğumuz hər şeydən imtina etməklə başlayacağıq “, – deyə Melanşon bildirib.

Qeyd edək ki, mayın 5-də “Əyilməz Fransa” (LFİ) hərəkatının lideri Jan-Lük Melanşon 2027-ci il prezident seçkilərində namizədliyini rəsmi olaraq elan edib.

O, öz ətrafında birliyi qorumaq strategiyasını müdafiə edərək deyib: “Bizdə hər şey aydındır. Bir komanda, bir proqram, yalnız bir namizəd var”.

Özünü “ən yaxşı və ən hazırlıqlı” adlandıran lider, erkən kampaniyaya başlama səbəbini daxili və beynəlxalq vəziyyətin ciddiliyi ilə izah edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: