Makronu Kaledoniyada pis sürpriz gözləyir: Fransa prezidentinə qarşı…

Yeni Kaledoniyadakı iğtişaşlar şiddətli şəkildə davam edir. Baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən çox şəxs saxlanılıb. Muxtar quruma 200 milyon avrodan çox ziyan dəyib.

Baş verən etirazlar fonunda diqqətçəkən məqam Fransa Prezidenti Emmanuel Makronun adaya səfər etməsidir. Nazirlər Şurasının iclası zamanı Prezident Yeni Kaledoniyaya gedəcəyini bildirib.

Fransa Prezidenti Emmanuel Makron adaya səfəri çətin ki, etirazçıları sakitləşdirsin.

Birincisi, Fransa adada güc strukturlarından istifadə edərək iğtişaşları sərt şəkildə yatırtmaq istəyir. Bu isə tamamilə əks reaksiya verir. Aksiya iştirakçıları arasında polis zorakılığı nəticəsində ölən və yaralananların olması, habelə, onlarla şəxsin həbs edilməsi prosesin daha da aqressiv hal almasına gətirib çıxarır.

İkincisi, Fransa on ildən artıq adada yaşayanlara vətəndaşlıq verilməsi haqqında konstitusiyaya dəyişiklik etmək istəyir. Məqsəd isə demoqrafik müdaxilə yolu ilə qarşıda keçiriləcək seçki və referendumlarda nəticəni Fransanın xeyrinə dəyişməkdir. Yerli əhali buna qəti şəkildə etiraz edir.

E.Makronun indiki məqamda adaya səfəri onun özü üçün müsbət heç nə vəd etmir. Qəzəbli kanak xalqı radikal addımlar ata bilər. Xüsusilə Makronun özünə sui-qəsd cəhdləri ola bilər. Ümumiyyətlə, Yeni Kaledoniyada vəziyyət kifayət qədər kritikdir və proses Fransanın qarşısını ala biləcəyi etapdan çıxır.

Turan Rzayev
Globalinfo.az