“Rusiya İsraillə İran arasında münaqişədə vasitəçi kimi çıxış edə bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
O, ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinin münaqişə tərəfləri arasında vasitəçilik edə biləcəyi barədə fikirlərini şərh edib.
“İndi yüksək intensivlikli münaqişəyə cəlb olunan və bir neçə ildir ki, BMT Nizamnaməsinə hörmət etməmək qərarına gələn Rusiyanın vasitəçi ola biləcəyinə inanmıram”.
Makron əlavə edib ki, İran İsrailə qarşı cavab tədbirləri görərsə, Fransa həmin müdafiə əməliyyatlarında iştirak edəcək .
Qeyd edək ki, bir gün əvvəl E.Makron İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
O, İranı danışıqları mümkün qədər tez bərpa etməyə çağırıb.
Günay Rəsulqızı
Globalinfo.az