Makron Eliyev 131

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsi yaratması haqda paylaşım edib.

Globalinfo.az xəbər verir ki, o bu barədə sosial media hesabında yazıb.

“Mən Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Fransanın sülhün dinamikasına dəstəyini bir daha təsdiqlədim. Biz həmçinin regional məsələlərə və ikitərəfli münasibətlərimizin inkişaf potensialına toxunduq”, – Makron qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl Prezident İlham Əliyev Makronla telefon danışığı apardığını açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: