Makrondan gözlənilməz açıqlama: “Biz Rusiya və rus xalqı ilə…”

“Fransa Rusiya ilə müharibə aparmır”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

O bildirib ki, Fransa Rusiya Federasiyasında hakimiyyət dəyişikliyinə can atmır.

“Biz Rusiya və rus xalqı ilə müharibə vəziyyətində deyilik. Eyni zamanda Rusiyada hakimiyyət dəyişikliyinə çalışmırıq”, – deyə Makron vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az