Rusiya Afrikada “yırtıcı layihəsi”ni gerçəkləşdirmək üçün dezinformasiyalar yayır.
Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “TV5 Monde” televiziyasına müsahibəsində deyib.
“Afrikada təsirini yaymaq istəyən bəzi dövlətlər bunu Fransaya, onun dilinə zərər vurmaqdan ötrü edirlər. Onlar şübhə toxumu səpirlər, amma hər şeydən əvvəl özlərinin müəyyən maraqlarını izləyirlər”, – o bildirib.
Qeyd edək ki, Afrikada son illərdə böyük dövlətlərin rəqabəti həddən artıq güclənib. Xüsusilə Çinin bölgədə güclənməyə başlaması Avropanın təcili xüsusi proqram qəbul etməsinə gətirib çıxarıb. Rusiya da Mərkəzi Afrika ölkələri arasında nüfuzunu artırmağa başlayıb. Kreml bununla Sahel bölgəsindəki bir sıra dövlətləri Fransadan imtinaya təşviq edir.
İlkin
Globalinfo.az