“Makron və Şoltsun tarixin zibilliyinə atılmasının vaxtıdır” – Medvedev

russia will not let mutiny turn into coup ex president dmitry medvedev

“Heç kim tərəfindən hörmət edilməyən Makron və Şoltsun tarixin zibilliyinə atılmasının vaxtıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev deyib.

O bildirib ki, indi heç kim Fransa Prezidenti Emmanuel Makrona və Almaniya kansleri Olaf Şoltsa hörmət etmir.

“Rusiyadakı seçkilərin nəticələri sizin Ukraynadakı bandera hakimiyyətini dəstəkləmək kimi səriştəsiz addımlarınızın, axmaq iqtisadi və miqrasiya siyasətinizin əksidir. Artıq təqaüdə çıxmaq vaxtıdır. Tarixin zibil qabına atılmalısınız”, – deyə Medvedev vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az