2 28

Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin müstəqilliyinin 250 illiyini qeyd etmək üçün iyunun 17-də Versal Sarayında ABŞ prezidenti Donald Trampla şam yeməyi təşkil edəcək.

Globalinfo.az Trend-ə istinadla xəbər verir ki, bu barədə “BFMTV” televiziya kanalı məlumat yayıb.

Məlumata əsasən, D. Tramp iyunun 15-də Evian-le-Ben şəhərində keçiriləcək “G7” sammitində iştirak etmək üçün Fransaya gələcək.

Fransa prezidentinin mətbuat xidməti qeyd edib ki, Versal Sarayı “1783-cü ildə ABŞ-ın müstəqilliyini təmin edən müqavilənin imzalandığı Fransa-Amerika dostluğunun ikonik bir yeridir”.

Paylaş: