
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampdan bir neçə avropalının üzərinə qoyulmuş sanksiyaları götürməyi xahiş edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tribune” məlumat verib.
“Makron bildirib ki, keçmiş Aİ Daxili Bazar üzrə Komissarı Tyerri Bretonla bağlı məhdudiyyətlər Avropa İttifaqının (Aİ) tənzimləmə sahəsində müstəqilliyinə zərbə vurur və yanlış analizə əsaslanır.
Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) hakimi Nikolas Qilu ilə bağlı sanksiyalar isə, Fransa liderinin fikrincə, ədalət müstəqilliyi prinsipini sarsıdır”, – deyə qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az