Makron tibbi yardımla ölməyə icazə verən qanunu dəstəklədi

Fransa Prezidenti Emmanuel Makron bazar günü ilk dəfə olaraq tibbi yardımla həyatın sonlandırılmasını nəzərdə tutan yeni qanunvericiliyi dəstəklədiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o bunu “Liberation” qəzetinə müsahibəsində deyib.

Fransa prezidenti hökumətinin qanun layihəsini may ayında parlamentə təqdim etməyi düşündüyünü bildirib.

E.Makron deyib ki, o sözügedən layihəni evtanaziya və ya intihara dəstək deyil, “ölümə dəstək” adlandırmaq istəyir.

Ümumilikdə İsveçrə, Belçika və Hollandiya bəzi hallarda tibbi yardımla ölməyə icazə verən qanunlar qəbul edib.

Qeyd edk ki, 2016-cı ildə qəbul edilən ” Claes-Leonetti”Həyatın Sonu Aktı ancaq həyatı təhlükə altında olan insanlar üçün evatanziyanın baş tutmasına imkan verir.

Əliyar Xəlil
Globalinfo.az