Makron Rəisi ilə 90 dəqiqə danışdı və razılaşdı

Fransa Prezidenti Emmanuel Makron və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə İran prezidentinin aparat rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi tviterdə paylaşım edib.

Məlumata görə, tərəflər arasında danışıq 90 dəqiqə çəkib.

İran Prezidenti Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi bildirib ki, danışıqlar zamanı Makron Parisin Tehranla əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb.

Liderlər qarşılıqlı fəaliyyətin davam etdirilməsi, xüsusi ilə də sanksiyaların aradan qaldırılması və regional məsələlərlə bağlı danışıqlar barədə razılığa gəliblər.