Makron qəfil zəng etdi: Zelenskinin söhbəti yarımçıq qaldı – VİDEO

m

Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə danışarkən ona qəfil zəng gəlib.

Globalinfo.az xəbər verir ki, bu, Fransa Prezidenti Emmanuel Makron olub.

“Bağışlayın, Emmanuel, jurnalistlərlə söhbətim var. 15-20 dəqiqədən sonra zəng edə bilərəm?” – Ukrayna lideri ingilis dilində cavab verib.

Ardınca jurnalistlər zəng edən şəxsin kimliyi ilə bağlı ona suallar ünvanlayıb.

“İndicə Makronla danışdım. Biz çox tez-tez ünsiyyət qururuq. Orta hesabla gündə bir dəfə deyərdim”, – Zelenski təsdiqləyib.

Günay Rəsulqızı
Globalinfo.az