mirzoyan

Fransa Prezidenti Emmanuel Makronun fərmanı ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Şərəf Legionunun Böyük Zabiti ordeni ilə təltif edilib. 

Globalinfo.az xəbər verir ki, Mirzoyan mükafata görə Makrona minnətdarlığını bildirib.

Fransa Prezidenti Emmanuel Makronun fərmanı ilə Böyük Xaçdan sonra ikinci ən yüksək mükafat olan Şərəf Legionunun Böyük Zabiti ordeni ilə təltif olunmaq böyük şərəfdir”, – Mirzoyan deyib.

Qeyd edək ki, bu mükafat, Böyük Xaçdan sonra 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilmiş Şərəf Legionunun ikinci ən yüksək mükafatıdır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: