owl detail 620 3ac0774a5bf2481af50204c651b4b583

Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron ABŞ-ın Delaver ştatında tanınmış jurnalist və podkast aparıcısı Kandas Ouensə qarşı məhkəmə iddiası qaldırıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Məlumata görə, 218 səhifəlik iddia çərşənbə günü məhkəməyə təqdim olunub. Sənəddə Ouens “böhtan, uydurma və təhqiramiz” ifadələr yaymaqda ittiham edilir. O, daha əvvəl Fransa birinci xanımı Bricit Makronun əslində kişi olduğunu və Jean-Michel Trogneux adı ilə doğulduğunu iddia etmişdi.

Fransa tərəfi bu ittihamları ciddi təhqir və dezinformasiya kimi qiymətləndirir və hüquqi tədbirlərlə cavab verməyə qərarlıdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: