Avropa Trampın seçilməsindən sonra otyeyən olmamalıdır, hər şeyi yeyən olmalıdır.
Globalinfo.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Budapeştdə keçirilə Avropa Siyasi Cəmiyyətinin iclasında deyib. Onun sözlərini “Politico” qəzeti yayıb.
Qəzet yazır ki, E.Makron Avropanın Çin və ABŞ kimi ticarət rəqiblərindən daha müstəqil olmaq cəhdlərinin əsas tərəfdarı olması ilə məşhurdur. Onun müstəqilliyi hər şeydə – müdafiədən təhlükəsizliyə və qabaqcıl texnologiyalara qədər bütün sahələrdə istədiyini bildirilib.
“Mənim üçün hər şey sadədir. Dünya otyeyən və ətyeyənlərdən ibarətdir. Əgər biz otyeyən kimi qalmaq istəsək, ətyeyənlər qalib gələcək və biz onlar üçün bazar olacağıq. Məncə biz hər şeyi yeyən olmalıyıq. Mən aqressiv olmaq istəmirəm, sadəcə biz bilirik ki, bu məsələlərdə özümüzü necə müdafiə edək” – deyə Tramp Budapeştdəki Avropa liderlərinə deyib.
“Politico” yazır ki, Makronun son dövrlər Avropa Birliyində mövqeyi laxlayıb. O, özəlliklə, özünü AB ilə ABŞ arasında əsas zəncir kimi göstərməyə çalışıb. Bu baxımdan adını çəkilməsini istəməyən diplomatlardan biri “Politico”ya deyib ki, Makron AB-ni daha suveren etmək üçün Trampın seçilməyini bəhanə kimi istifadə etməyə çalışır. Buna qəzet Macarıstan XİN rəhbəri Peter Siyartonun Budapeştdə verdiyi açıqlamanı göstərib:
“Avropa düşünməlidir. Əgər siz mənə “Avropa ABŞ-ı əvəz etməldirmi?” nəzəri sualını versəniz, buna açıq-aşkar yox deyərdim. ABŞ-dakı seçkilərin nəticələri təkcə Avropada yox, dünyada da yeni reallıq yaradır”.
“Politicoya” danışan adının çəkilməsini istəməyən iki Avropa Birliyi diplomatından biri deyir ki, Budapeştdəki iclasda onlar Makronun birlik çağırışlarına inanmayıblar:
“O birlikdən danışır, amma bunun mənası fransız birliyidir. Əgər bu yenidən körpüləri yandırmaqdırsa, o zaman çox sağ olsun, bizə lazım deyil. Biz transatlantik münasibətlər üçün açıq qalmaq istəyirik”.
Tahir Turan
Globalinfo.az