Belarus Prezidenti Aleksandr Lukaşenko İran Prezidenti İbrahim Rəisinin ölümündə ABŞ-ı günahlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Lukaşenko Putinlə görüşdə danışıb.
“Prezident kimi yox, bir sıravi şəxs kimi deyəcəyəm: ABŞ-ın iyrənc siyasəti buna gətirib çıxardı. İlk növbədə, sanksiyalar. Bu yaramazlar adam daşıyan təyyarələrə qarşı sanksiya tətbiq etməyə haqqı yox idi. Bu da onların günahıdır. Onlar bu helikopterə xidmət göstərməyi qadağan ediblər. Bu dəqiqdir”, – Lukaşenko qeyd edib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.