Ermənistan KTMT-dən çıxsa… – Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, dövlət başçısından Belarus Prezidentinin mətbuat xidmətinə yaxın “Pul Pervoqo” teleqram kanalı sitat gətirir.

“Onlara deyin ki, qatılacağam”, – Lukaşenko növbəti ildə keçiriləcəyi gözlənilən prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verib.

O həmçinin Ermənistanın KTMT-dən çıxması ehtimalından da danışıb:

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan olmadan çökəsi deyil”.