
“Lukaşenko prezident olduğu müddət ərzində Belarusu ziyarət etməyəcəm”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O bu andan etibarən heç bir Ermənistan rəsmisinin Belarusa getməyəcəyini bildirib:
“KTMT liderlərindən biri bəyan edir ki, 44 günlük müharibəyə hazırlıqda Azərbaycana qələbə arzu edib. Bundan sonra mən Belarus Prezidenti Aleksandr Lukaşenko ilə KTMT çərçivəsində müzakirə aparmağa gedəcəyəm? Məgər siz qürur və prinsipiallıq barədə danışmırsınız? Elə situasiya var ki, Avrasiya İttifaqı və KTMT-də mən hansısa mənada ona məcbur olacağam”.
Əliyar Xəlil
Globalinfo.az