“Lord”un evindən 46 minlik oğurluq etdi, tutuldu

Daxili İşlər Nazirliyi (DİN) Kikboksinq Federasiyasının vitse-prezidenti “Lord” ləqəbli Ramal Aslanovun evindən baş verən oğurluq hadisəsi ilə bağlı açıqlama verib.

Globalinfo.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-a  bildirib ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Hafiz Qocayev polis əməkdaşları tərəfindən saxlanılıb:

“Faktla bağlı araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, onun Zığ qəsəbəsində yerləşən evindən 6 min manat dəyərində olan qızıl-zinət əşyaları və 40 min manat dəyərində olan bahalı qol saatı oğurlanıb.