2023 04 24 10 33 30G2D0KtigN5bnBjDeARZ4 file 1

Böyük Britaniyanın Müdafiə naziri Lord Koaker Böyük Britaniya və Azərbaycan arasında müdafiə tərəfdaşlığını gücləndirmək məqsədilə Bakıya səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfərdən məqsəd müdafiə və təhlükəsizlik məsələlərini müzakirə etmək olub.

Məlumatda həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın Böyük Britaniya–Azərbaycan strateji tərəfdaşlığının əsas sütunlarından biri olacağı və regional sabitlik və uzunmüddətli sülhün əhəmiyyətinə dair ortaq anlayışı əks etdirəcəyi bildirilib.

Bundan başqa artan təhdidlər fonunda ölkələrin ortaq strateji maraqlar üzrə birgə işləməyə davam edəcəyi vurğulanıb.

Paylaş: