tusk

“Londonda keçirilən sammitdə iştirak edən ölkələr dondurulmuş Rusiya aktivlərinin Kiyevin maliyyələşdirilməsi üçün istifadə edilməsi məsələsində konsensusa gələ bilməyiblər”. 

Globalinfo.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, bəzi ölkələr Rusiyanın aktivlərindən istifadə etməyin nəticələrindən çəkinirlər.

“Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulma ehtimalı az görünür. Ona görə də biz ən azı iyun ayına qədər sanksiyaların uzadılmasına yönəlməliyik”.

Qeyd edək ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya xüsusi hərbi əməliyyata başlayandan sonra Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub.

Əliyar Xəlil 

Globalinfo.az 

Paylaş: