1726223353 gyd drone airport 7

“EVA Air” aviaşirkətinə məxsus və Bankonq – London marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub.

Bu barədə Globalinfo.az-a Heydər Əliyev Hava Limanının Mətbuat Xidmətindən bildirilib.

“Boeing 777” tipli təyyarə yerli vaxtla saat 17:44-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir.

Paylaş: