69209773c107b69209773c107c176374360369209773c107869209773c1079

Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Lənkəran şəhəri Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində olublar.

Globalinfo.az xəbər verir ki, əvvəlcə məktəbin şagird və müəllimləri ilə birlikdə tarixi Zəfərin 5 illiyinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonra sinif otaqlarında, məşğələ və istirahət otağında uşaqların asudə vaxtının səmərəli təşkili prosesləri izlənilib.

Qeyd edək ki, regional xarakter daşıyan və cənub bölgəsində yeganə olan Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində autizm və Daun sindromlu, o cümlədən əqli inkişafdan geri qalan uşaqların mütəxəssislər tərəfindən həm təhsil almaları, həm də reabilitasiya prosesi təmin edilir. Həmin uşaqların məktəbdə qalması üçün də şərait yaradılıb ki, 34 uşaq bu imkandan yararlanır.

69209773b1c9069209773b1c91176374360369209773b1c8e69209773b1c8f 69209773bb57269209773bb573176374360369209773bb57069209773bb571 69209773d257369209773d2574176374360369209773d257169209773d2572 692097739dcd6692097739dcd71763743603692097739dcd4692097739dcd5 6920977391fee6920977391fef17637436036920977391fec6920977391fed

Paylaş: