Leyla Abdullayeva Ermənistana xəbərdarlıq etdi

 

“Avropa İttifaqının (Aİ) Ermənistana missiya göndərməsi bu ölkənin öhdəliklərini yerinə yetirməkdən yayınması üçün bəhanə olmamalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın Fransakı səfiri Leyla Abdullayeva tviterdə yazıb.

Diplomat bildirib ki, bu məsələdən sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq üçün istifadə edilməməlidir.

Qeyd edək ki, Aİ dünən Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanı göndərməyə razılıq verib.