Lənkəranda qəbiristanlığı su basdı – FOTO

67a5cab66ddf667a5cab66ddf8173891858129cf64435acbcdddd9ee27913bc162b2

Lənkəranda intensiv yağış nəticəsində qəbiristanlığı su basıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 2 gündür Lənkəranda yağan intensiv yağışlar nəticəsində Lənkəran rayonunun Şiləvar kəndi ərazisində yerləşən “Yeni qəbiristanlıq” yağış suları ilə dolub.

Onlarla qəbir su altında qalıb, qəbirlərə ziyan dəyib.

FHN-nin Cənub Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb olunub, tədbirlər görülür.

Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.