Lənkəranda yanan otellə bağlı müəmmalı məqam – VİDEO

Yanğının baş verdiyi “Panorama” hotelinin bu gün açılışı planlaşdırılmışdı.

Globalinfo.az xəbər verir ki, ikimərtəbəli, ümumi sahəsi 650 kvadratmetr olan hotel binasının mansard hissəsi tamamilə yanıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi hesabına yağın 14:26-da tam söndürülüb.

Hotelin birinci mərtəbəsi, həyətdə olan kotteclər və yardımçı tikililər yanğından qorunub.

Yanğının səbəbi araşdırılır.

***

Lənkəranda hoteldə yanğın başlayıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “Panorama” hoteldə baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə FHN-in yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.