6380d72f 098a 3984 909c b33f762d42c9 850

Lənkəranda avtomobil dərəyə aşıb, xəsarət alanlar var.

Globalinfo.az “report”a istinadən xəbər verir ki, hadisə rayonun Xanbulan-Biləsəsər kənd yolunda, Daşdatük kəndi ərazisində baş verib.

Belə ki, Astara rayonu, Siyəkü kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi Namiq oğlu Rzayevin idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.

Nəticədə avtomobilin sürücüsü və sərnişinlər Astara rayonu, Siyəkü kənd sakinləri – 2009-cu il təvəllüdlü Qalib Şaiq oğlu Şahməmmədov, 2003-cü il təvəllüdlü Sənan İlqar oğlu Əhmədov ağır bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: