Lavrovla Çavuşoğludan mühüm açıqlamalar

Arzumuz ən qısa zamanda Azərbaycanla Ermənistan arasında əhatəli sülh sazişinin imzalanmasıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, ötən gün və bu gün Lavrovla Cənubi Qafqazı, Azərbaycan-Ermənistan, eyni zamanda, Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə ediblər.

Çavuşoğlu, Rusiyanın normallaşma prosesinə töhfə verdiyini və Rusiya ilə dialoq içərisində olduqlarını vurğulayıb.

X X X

“Cənubi Qafqazda əməkdaşlığa ehtiyac var”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının tərəfdarıdır: “Ümid edirəm ki, regionda olmayan ölkələr bizim əməkdaşlığımıza müdaxilə etməzlər”.

S.Lavrov söyləyib ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtləri yerinə yetirilməlidir.