Lavrovdan bəyanat: Sülh sənədi hazırdır, amma…

adf1c3a1c9820feedb83e3bd19d0c4d9 o

Moskva Ukrayna ilə müharibənin dayandırılması üçün şərtləri əks etdirən sənəd layihəsini Kiyevə təqdim etməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bu addımın əsir mübadiləsi başa çatdıqdan sonra atıla biləcəyini qeyd edib.

“Rusiya sənədi təqdim etməyə hazırdır. Amma bu, yalnız əsirlərin dəyişdirilməsi prosesi yekunlaşandan sonra mümkün olacaq”, – deyə o, açıqlamasında bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın artıq bir həftədir atəşkəslə bağlı “memorandum yazdığını” deyərək bu prosesi qlobal ictimaiyyətə qarşı “ədəbsizlik” adlandırıb.

Aysel Əliyeva
Globalinfo.az