1745946159 000 32nu9ze 1

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Qərbin tətbiq etdiyi sanksiyaların Rusiya üçün aşılmaz olmadığını bildirib. 

Globalinfo.az xəbər verir ki, Lavrov Moskvanın bu məhdudiyyətlərin öhdəsindən gəldiyini və yeni sanksiyalara da davam gətirəcəyini vurğulayıb.

O, həmçinin sanksiyaların onların öz iqtisadiyyatlarına və beynəlxalq nüfuzlarına zərbə vurduğunu qeyd edib.

Qeyd edək ki, açıqlama ABŞ Prezidenti Donald Trampın 50 gün ərzində Ukrayna münaqişəsi ilə bağlı sülh əldə olunmazsa, Rusiyaya və onun ticarət tərəfdaşlarına 100 faiz rüsum tətbiq edəcəyi barədə xəbərdarlığından sonra səsləndirilib.

Tahir Turan

Globalinfo.az

Paylaş: