Strateji muxtariyyət yaratmaq planı var idi – Lavrov

“Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərilə biləcəyini açıqlayaraq ABŞ rəhbərliyini “məmnun etməyə” çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya XİN başçısı bildirib ki, hazırda Avropa ölkələri öz dövlət maraqlarını düşünmürlər:

“İndi Makronun “Ukraynaya quru qoşunlarını göndərməyimiz mümkündür” bəyanatı “strateji muxtariyyət”lə bağlı deyil, ABŞ-ın xoşuna gəlmək və Şimali Atlantika Alyansındakı müttəfiqləri təhrik etmək üçündür. Avropa tamamilə ABŞ-ın tabeliyinə keçib. Müstəqillik yoxdur. Emmanuel Makron son bir neçə ildəki açıqlamalarında hansısa “strateji muxtariyyət” yaratmaq ideyalarından danışırdı. Lakin bütün bunların boş olduğu ortaya çıxdı”.

Sergey Lavrov bildirib ki, Avropa İttifaqı üzv dövlətlərin xalqlarının milli maraqlarını deyil, şəxsi siyasi məqsədləri, eqoist planları olan mübahisəli təşkilatdır.

Əliyar Xəlil
Globalinfo.az