Lavrov Çinə gedir

Rusiya xarici işlər naziri Sergey Lavrov Çinə səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məlumat verib.

“8-9 aprel tarixlərində baş tutacaq səfər zamanı Sergey Lavrov və həmkarı Van Yi ikitərəfli əməkdaşlığı, beynəlxalq gündəmi müzakirə edəcək”, – Zaxarova bildirib.