Lamin Yamal Pelenin rekordunu yenilədi – Tarixə düşdü

lamin yamal 1000x500 1

İspaniya millisinin 17 yaşlı yarımmüdafiəçisi Lamin Yamal Avropa və dünya çempionatının finalları tarixində ən gənc futbolçu seçilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Squawka” yazır.

O, 2024-cü il Avropa çempionatının finalında İngiltərə ilə oyun üçün İspaniya millisinin start heyətində yer alıb.

“Barselona”nın hücumçusu 17 yaş 249 günlük ikən 1958-ci il dünya çempionatında meydana daxil olan Braziliya millisinin əfsanəvi hücumçusu Pelenin rekordunu təzələyib.