Laçın tərəfdə qəza: separatçılar yaxınlaşa bilmirlər – YENİLƏNDİ

Qarabağdakı separatçılar internetin verilməsində yaranan problemin aradan qalxdığını bildiriblər.

Separatçı qurum bunun hansı yola edildiyini açıqlamayıb.

*** 12:27

Erməni separatçıları internet problemi ilə üzləşiblər.

Globalinfo.az xəbər verir ki, bu barədə separatçıların media resursları məlumat yayıb.

Belə ki, ötən gün təxminən saat 17:55-dən etibarən separatçıların internetə qoşulmasında problem yaranıb. Buna səbəb fiber-optik xəttə yaranmış problem olub.

Xətdəki qəzanın “Laçın” postu istiqamətindəki ərazidə baş verdiyi, təmir üçün Azərbaycanın icazəsini gözlədikləri bildirilib.

Tamerlan Yayaqan
Globalinfo.az