Kurskda üç PUA səmada vuruldu

Rusiyanın Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus üç PUA səmada vurulub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA-lar Kurskun Qureviç adına beynəlxalq hava limanına istiqamətlənib.

Qeyd edək ki, Oryol vilayətinə də PUA hücumu olun. Yanacaq energetika kompleksinə edilən hücum nəticəsində 3 nəfər yaralanıb.