ktmt 1

“Bəzi dövlətlər Xəzər dənizinin ehtiyatlarına və Mərkəzi Asiyaya çıxış əldə etmək üçün Ermənistan-Azərbaycan sərhədindəki yüksək münaqişə potensialından istifadə edirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov bildirib.

O bildirib ki, KTMT Ermənistan-Azərbaycan sərhədində münaqişə potensialını yüksək hesab edir.

“Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması üçün sülh müqaviləsi lazımdır. Bəzi dövlətlər Xəzər dənizinin ehtiyatlarına və Mərkəzi Asiyaya çıxış əldə etmək üçün Ermənistan-Azərbaycan sərhədindəki yüksək münaqişə potensialından istifadə edirlər. Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı və İrəvanın arasında təmasların sonrakı nizamlanma prosesinə təsir göstərməyə çalışır. ABŞ-ın dağıdıcı fəaliyyəti təşkilatın təhlükəsizliyinə təhdidlərin əsas mənbəyidir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: