ktmt

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) noyabrın 11-də keçiriləcək iclasda Ermənistanın səsvermə hüququndan məhrum olunmasını müzakirə edə bilər” 

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirin müavini Mixail Qaluzin deyib.

Qaluzin bildirib ki, təşkilat üzvlərindən birinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı istənilən qərar tamamilə Kollektiv Təhlükəsizlik Şurasının səlahiyyətlərinə aiddir. Şuraya KTMT üzv dövlətlərinin başçıları daxildir və o, təşkilatın nizamnaməsinin müddəalarına əsasən belə qərarlar qəbul etmək hüququna malikdir.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı müvafiq müddəalar, xüsusən də KTMT Nizamnaməsinin 20 və 25-ci maddələrində təsbit olunub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: