“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərəkətləri, yaxud hərəkətsizliyi Ermənistanın dövlət maraqlarına uyğun gəlmir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Biz bu məsələni əvvəlcə İşçi Qrup səviyyəsində qaldırdıq. Sonra ictimailəşdirməyə başladıq, çünki insanlar hökumətin bu hərəkətsizliyi görmədiyini düşünürdülər. Biz KTMT-ni anlamaq və özümüzü düzgün izah etmək üçün son fürsəti də dəyərləndirmək istəyirik. Heç nə etməsək, insanlar sual verəcək ki, niyə bu təşkilatda qaldınız? KTMT-yə üzvlük bizə heç nə qazandırmır. Əskinə təhlükəsizlik sistemimiz üçün əlavə problem yaradır”, – Paşinyan bildirib.
Əliyar Xəlil
Globalinfo.az