KTMT-də məxfi razılaşma: Paşinyan Putinin istəyini qəbul etdi

KTMT biolaboratoriyalarla məşğul olacaq biotəhlükəsizlik üzrə koordinasiya şurası yaradır.

Globalinfo.az xəbər verir ki, bunu KTMT Baş katibi Stanislav Zas deyib.

O bu barədə qərarın İrəvandakı sammitdə qəbul edildiyini bildirib. Zas bu istiqamətdə fəaliyyətin önəmli olduğunu, çünki biolaboratoriyaların mövcudluğu faktının alyansdakı bir çox ölkələri narahat etdiyini söyləyib.

Qeyd edək ki, Rusiya bundan öncə dəfələrlə ABŞ biolaboratoriyaları ilə bağlı narahatlığını dilə gətirib. Moskva belə obyektlərin MDB, xüsusilə Ermənistanda olmasının özü üçün təhdid kəsb etdiyini bildirərək İrəvandan onların ləğvini tələb edib. Həm Paşinyan, həm də ondan öncəki erməni liderlər bu tələbi yerinə yetirməkdən imtina ediblər. Üstəlik, Kreml bununla bağlı rəsmi Tiflisə də təzyiqlər etməyə çalışıb.

İlkin
Globalinfo.az