KTMT-dən Ermənistan AÇIQLAMASI: “Fəaliyyəti dondurma anlayışı…”

“Ermənistan KTMT üzvü kimi fəaliyyətinin həcmini əhəmiyyətli dərəcədə azaldıb”.

Globalinfo.az xəbər verir ki, bunu təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib.

“Fəaliyyəti dondurma” anlayışı KTMT sənədlərində öz əksini tapmayıb. Amma Ermənistan təşkilatın üzvü kimi fəaliyyətinin miqyasını xeyli azaldıb, lakin buna baxmayaraq katibliyin gündəliyinə daxil olan bütün məsələlər işçi qaydada müzakirə edilir. Eyni səviyyədə fəaliyyəti bərpa etmək qərarı yalnız Ermənistanın siyasi rəhbərliyindən asılıdır”.

“Ermənistan KTMT-ni tərk etsə, təşkilat nə itirəcək” sualına baş katib belə cavab verib:

“Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılması riski mövcuddur. KTMT Katibliyi regionda təhlükəsizliyin təmin edilməsi üçün mövcud problemlərin həllinə hazırdır. KTMT-nin fəaliyyəti “yumşaq müttəfiqlik” üzərində qurulub, yəni sərt blok nizam-intizamı yoxdur. Müttəfiqlər onların hər birinə edilən təzyiqlərə baxmayaraq bir-birləri ilə müsbət münasibətləri qoruyub saxlaya bilirlər. Ortaya çıxan ziddiyyətlər isə çox vaxt uzun müddət davam edən problemlərə əsaslanır və Qərbin siyasətinin nəticəsi deyil. Baxmayaraq ki, Qərb KTMT-də vəziyyəti gərginləşdirmək üçün çalışır. Bununla belə, bütün üzv dövlətlərin rəhbərliyinin siyasi iradəsi, təşkilatın prinsiplərinə və nizamnaməsinə sadiqliyi onları mümkün qədər səmərəli şəkildə tənzimləməyə və həll etməyə imkan verir”, – deyə Tasmaqambetov vurğulayıb.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, təşkilat Kollektiv Təhlükəsizlik Müqaviləsini yerinə yetirilməyib. İrəvan isə KTMT-də iştirakını dondurub.

Əliyar Xəlil
Globalinfo.az