Kriştiano Ronaldonun şərəfinə muzey açıldı

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubundan çıxış edən portuqaliyalı hücumçu Kristiano Ronaldonun şərəfinə muzey açılıb.

Globalinfo.az xəbər verir ki, muzey Səudiyyənin paytaxtı Ər-Riyadda yerləşir.

Muzeydə 38 yaşlı hücumçunun futbol karyerasından ən əlamətdar anlar nümayiş etdirilir.

Xatırladaq ki, K.Ronaldo 2022-cü ilin sonunda müqavilə imzalayaraq “Ən-Nəsr”ə keçmişdi.