Kremlə hücumu bu iki ölkə təşkil edib – Açıqlama

Xüsusi xidmət orqanlarının bizə verdiyi məlumata görə, Kremlə hücumun arxasında ABŞ və Ukrayna dayanır.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib.

O, Vaşinqtonun müharibədə birbaşa iştirakının mövcud vəziyyətdə təhlükəli olduğunu bildirib:

“Real olaraq bu, üzə çıxan məlumatların sadəcə kiçik hissəsidir. Vaşinqton Rusiyaya qarşı terror aktında iştirak etdiyini anlamalıdır”.

Qeyd edək ki, Kremlə dron hücumunda Rusiya Ukraynanı günahlandırsa da, rəsmi Kiyev bu ittihamları qəbul etmir.

Ayşən Mustafa
Globalinfo.az