d1d6d2d3 8f44 446f be1a f4db6b508a63

Kremlə hücum ölkə daxilində səhnələşdirilmiş hadisədir.

Globalinfo.az xəbər verir ki, bu barədə Amerikanın Müharibə Tədqiqatları İnstitutu (ISW) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Rusiya ölkə daxilində təhlükəsizlik tədbirlərini ciddi şəkildə gücləndirib. Kreml sarayının üzərinə naməlum dronun uçub gəlməsi mümkün görünmür.

İnstitut bu addımın 9 May tədbirlərinin məhdudlaşdırılmasına haqq qazandırmaq, müharibəni yerli xalq, ölkə üçün təhdidedici amil kimi təqdim etmək məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov dron hücumunun arxasında ABŞ və Ukraynanın dayandığını iddia edib.

Ayşən Mustafa
Globalinfo.az  

Paylaş: