“Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı qapalı danışıqlar səmimi və vacib olub”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Putin və Paşinyan bir neçə saat söhbət ediblər.
“Tərəflər, xüsusən də Ermənistanda qarşıdan gələn seçkilər və gündəlikdəki əsas ticarət-iqtisadi əməkdaşlıq məsələləri kontekstində mövqelərini çatdırdılar”, – deyə Peskov vurğulayıb.
Qeyd edək ki, görüş aprelin 1-də Moskvada baş tutub.