Dmitry Peskov

Kreml ABŞ Prezidenti Donald Trampın Avropa liderlərinə ünvanladığı “Rusiya neftini almağı dayandırın!” çağırışına reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

“Biz bunun doğru olub-olmadığını bilmirik”, – deyə o bildirib.

Qeyd edək ki, bu barədə məlumatı “İnterfaks” agentliyi yayıb.

Bildirilib ki, D.Tramp Avropa liderləri ilə telefon danışıqları zamanı onları Rusiyadan enerji idxalından imtina etməyə çağırıb. Ağ Ev rəhbərinin həmkarlarından Çinə iqtisadi təzyiqi artırmağı xahiş etdiyi də bəlli olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: