Kreml: “Putinin hələlik Ərdoğanla telefon danışığı planı yoxdur”

Putinin qrafikində hələlik yaxın günlərdə Ərdoğanla telefon danışığı planı yoxdur.

Globalinfo.az xəbər verir ki, APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya liderinin yaxın günlər üçün planında türkiyəli həmkarı ilə telefon danışığının olmadığını söyləyib.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.