Kreml Pelosinin Ermənistana səfərinə münasibət bildirdi

 

Moskva İrəvan və Bakı arasında münasibətləri normallaşmaya aparan addımları alqışlayır.

Globalinfo.az bildirir ki, APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bunun Kremlin mətbuat katibi Dmitri Peskov Amerika Birləşmiş Ştatları Konqresinin spikeri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirərkən deyib.

“Bakı ilə İrəvan arasında münasibətləri normallaşmağa aparan addımları alqışlamaq olar. Pelosinin ucadan bəyanatları buna kömək edəcəkmi, baxarıq”, deyə Kremlin sözçüsü vurğulayıb.