Kosmosdakılarla ilk canlı əlaqə quruldu – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün ilk türk astronavt Alper Gezeravcı Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb.

Globalinfo.az xəbər verir ki, yola salınan heyətlə ilk canlı əlaqə qurulub.

Belə ki, “SpaceX” Ax-3 komandasının ilk hiss və düşüncələrini “X” hesabında canlı yayımlayıb.

Gezeravcı Türkiyəyə böyük töhfələr verən və bu yolda həyatını itirənləri yad edib:

“Bu anı Ulu Atatürkümüzün sözləri ilə başlamaq istərdim. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün dahi sözü – Türkiyənin gələcəyi göylərdədir.

Uzun zamandır bunun xəyalını qururdum. Bu, çox gözəl hissdir. Əvvəldən indiyə qədər hər şey əla idi”.