Köçəryandan Paşinyanın Qarabağ fikirlərinə CAVAB

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan baş nazir Nikol Paşinyanın ötən gün səsləndirdiyi fikirlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o, Paşinyanın yalan çıxışlarına təkzib verməkdən yorulduqlarını deyib.

“Hər dəfə aşkar yalanı təkzib etməkdən yorulsaq da, sizə bəzi faktları xatırladım. Baş nazir “artsax”ın itirilməsinə, əhalinin oranı tərk etməsinə görə məsuliyyətdən yayınmağa çalışsa da, hər şeydən onun boynunda, vicdanındadır. Təəssüf ki, vicdan ona ehtiyacı olanları deyil, vicdanı olanları əzablandırır”, – B.Mikoyan vurğulayıb.

Qeyd edək ki, N.Paşinyan ötən gün yerli TV-yə müsahibəsində Qarabağın ondan əvvəl aparılan danışıqlar zamanı itirildiyini iddia edib.

Əliyar Xəlil
Globalinfo.az